Prezident: Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir

Prezident: Azərbaycanda dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir

Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb.

Azərbaycan Prezidenti vurğulayıb ki, ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.

2023-04-14