113 gün qaniçən ermənilərin mühasirəsində - Başlıbel faciəsinin şahidləri danışır
1993-cü ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunanda bir qrup Başlıbel sakini dağlarda təbii mağaralara – kahalara sığındıq. Günlərlə ac-susuz orada qaldıq. Ətrafımız da düşmənlə dolu idi. Mağaralar bizi düşməndən qoruyurdu, gizlədirdi. Düşünürdük ki, tezliklə evimizə qayıdacağıq. Amma hər şey fərqli oldu. Düşmən yerimizi bildi. Sakinlərin bir qismi girov götürüldü, işgəncələrə məruz qaldı, bir qismi isə vəhşicəsinə qətlə yetirildi...
Bu, hansısa filmin ssenarisi deyil. Canlı yaşanmış faciədir. Başlıbel qətliamının şahidləri Niyyət Əhmədov, bacıları Arzu Əmralıyeva və Şəfəq Hüseynova o dəhşətli günlərin acı xatirələrini AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bir daha yada salıblar.
1993-cü ildə ermənilərin Kəlbəcərin Başlıbel kəndinə silahlı hücumu zamanı Əhmədovlar ailəsi də Başlıbel kəndindən olan 65 nəfərlə birgə (digər kəndlərdən olanlarla bir yerdə 76 nəfər – red.) təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Ermənistan hərbçiləri aprelin 18-də silahsız mülki şəxslərin doğma kəndlərində qayalara sığındığı yerləri taparaq, onların gizləndiyi mağaraları atəşə tutublar. Nəticədə silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 27 nəfər sığındıqları yerdə öldürülüb. İstintaq materialları ilə həmçinin müəyyən olunub ki, cinayətkar qruplaşmanın üzvlərinin əlindən digər mağaralara qaçaraq gizlənən və vəhşilərdən canını qurtarmağa çalışan 36 şəxsdən 7-si mühasirə zamanı aldıqları xəsarətlərdən dünyasını dəyişib.
“Anam və kiçik bacım ermənilər tərəfindən kahada gözümün qarşısında öldürüldü. Mən və atamı əsir götürdülər. Atamı qolundan silahla vurdular. Güllə sinəsini sıyırıb keçdi. Yaralı halda bizi döyə-döyə Qozlukörpüyə apardılar. Orada üç gün qaldıqdan sonra Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gəlib bizi əsir kimi siyahıya aldı,” - deyə N.Əhmədov o günləri xatırlayır.
Ermənilərin kəndə hücumu zamanı yaxınlıqda yerləşən kahalarda ümumilikdə 113 gün mühasirədə qalan Başlıbel kənd sakini Şəfəq Hüseynova həmin günləri həyəcan və göz yaşları ilə yada salır: “Aprelin 18-də Başlıbeldəki kahaya erməni silahlılarının hücumundan sonra, sağ qalan sakinlərin bəzisi əsir götürüldü, bəzilər qaçıb xilas ola bildi, bəziləri də orada öldürüldü. Gözümün qarşısında əzizlərim, doğmalarım qətlə yetirildi. Həmin qırğından qaçıb xilas olanlar - təxminən 40-a yaxın insan ac-susuz 113 gün digər kahalarda, dağlarda, ağac diblərində ermənilərdən gizləndik. Sağlamlığımı itirdim. Sonradan biz gizlincə Başlıbelə qayıtdıq. Kahaya hücum zamanı həlak olan 12 nəfəri - əmim Hümmət Əhmədov və digərlərini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdik, sonra oradan uzaqlaşdıq”.
44 günlük Vətən müharibəsinin başa çatması ilə üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də azadlığa qovuşdu. Kəlbəcərin azad edilməsindən sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin, dağıntıların və ən əsası Başlıbel kimi faciələrin araşdırılması prosesi geniş vüsət aldı. 2021-ci il aprelin 24-də Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirilərək, torpağa basdırılmış 15 nəfərin meyitinin qalıqları aşkar edildi.
“1989-cu ildə Kəlbəcərdə Başlıbeldə ailə həyatı qurmuşam. 1993-cu ildə ermənilərin Başlıbelə, mülki əhaliyə hücumu zamanı anam, bacım, yoldaşım, baldızım, qaynım, qayınatam həlak oldular. Digər ailə üzvlərim ilə birgə mən və 2 yaşlı körpəm girov götürülmüşdük. Əsirlikdə olmazın işgəncələrini gördük. Övladımı “aparıb bişirəcəklərini” deyirdilər... İnsan buna dözər? Bir yeri gündə on dəfə sildirirdilər. Əllərindən gələn hər formada zülm etməyə çalışırdılar,” – deyə Arzu Əmralıyeva erməni dəhşətlərindən danışır.
В 2020 году, после освобождения Кяльбаджара от врага, Нийят Ахмедов вместе с группой жителей села отправился в село Башлыбель и посетил могилу родственников. Говоря об этом, Н.Ахмедов не скрывает гордости: «Да хранит Аллах Президента Ильхама Алиева и нашу отважную армию! Да упокоит души шехидов, ниспошлет исцеление ветеранам! Я, целуя землю, вернулся в края, которые некогда покинул босыми ногами. Спустя годы посетил могилу моей матери и сестры, и мое сердце нашло утешение. Не приведи Аллах никому видеть такую несправедливость...».
Qeyd edək ki, Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Cinayət işinin istintaqı zamanı kənddə mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirildiyi sübuta yetirilib.
Başlıbeldə qətlə yetirilənlərdən 15 nəfərin cəsədi 44 günlük müharibədən sonra ekshumasiya edilərək Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırılması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib.
Vətən müharibəsindən sonra düşməndən azad olunan torpaqlarda, o cümlədən Xocavəndin Edilli, Ərəkül kəndlərində, Ağdamda, Füzulidə erməni vəhşiliyinin qurbanı olan yerli sakinlərin sümükləri tapılıb.
Başlıbel faciəsi: qaniçən ermənilərin mühasirəsində qalan 76 nəfərdən 27-si qətlə yetirilib, onlardan 18 nəfəri dəfn edilib, 9 nəfər dəfn olunmayıb. Dəfn olunanlardan 15 nəfərin məzarı aşkarlanıb. 19 nəfər girov götürülüb, 1 nəfər itkin düşüb. 29 dinc sakin ermənilərin mühasirəsindən sağ çıxa bilib.