Prezidentin Salyanda Azərbaycan Televiziyasına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində olub

Prezidentin Salyanda Azərbaycan Televiziyasına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına verdiyi müsahibədəki fikirləri Gürcüstan mediasını diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “qafqazturk.com”, “24news.ge” və “aktual.ge”, “interpress.ge” informasiya portalları Azərbaycan Prezidentinin müsahibəsindən materiallar yayıblar.

Azərbaycan Prezidentinin bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanması barədə fikirləri, eləcə də Ermənistanda Azərbaycan bayrağının yandırılmasına bildirdiyi münasibət, separatçılara xəbərdarlığı barədə fikirlər oxucuların diqqətinə çatdırılıb.

Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə məlumat verilir.

2023-04-19