Vladimir Putin: Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır

Vladimir Putin: Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır

Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.

Məktubda vurğulanır ki, Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

“Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik”, - deyə Rusiya Prezidenti bildirib.

2023-05-24