Qoşulmama Hərəkatı Koordinasiya Bürosu nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilir
Bakıda Qoşulmama Hərəkatının yüksəkvəzifəli rəsmilərin toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iclas Qoşulmama Hərəkatının Koordinasiya Bürosunun nazirlərinin görüşünə hazırlıq məqsədi daşıyır. Rəsmilər nazirlərin müzakirə edəcəyi məsələləri nəzərdən keçirirlər.
Qeyd edək ki, nazirlərin iclası iyulun 5-6-da Bakıda olacaq.
2023-07-03