Prezident İlham Əliyev: Azərbaycan ilə ABŞ arasında əlaqələr bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə ABŞ arasında əlaqələr bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə milli bayram münasibətilə ünvanlandığı təbrik məktubunda yer alıb.

Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımızın məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk”.

2023-07-04