Azərbaycanın Slovakiyada səfirliyi açılacaq

Azərbaycanın Slovakiyada səfirliyi açılacaq

Azərbaycanın Slovakiyada səfirliyi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin iyulun 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Sənəd səsverməyə qoyularaq qəbul edilib.

2023-07-14