Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını, sarsılmazlığını inamla davam etdirəcəyik

Cahit Bağçı: Türkiyə-Azərbaycan qardaşlığını, sarsılmazlığını inamla davam etdirəcəyik

Qardaş Azərbaycanın azadlığı və suverenliyi uğrunda canından keçən və “Türk şəhidliyi”ndə uyuyan şəhidlərimizin xatirəsi türk xalqlarının qəlbində əbədi yaşayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı avqustun 30-da Türkiyənin Zəfər Bayramı münasibətilə “Türk şəhidliyi” abidəsi önündə keçirilən tədbirdə səsləndirib.

Səfir bildirib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanıb.

Cahit Bağçı 101 illiyi qeyd olunan bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.

“Bu gün Azərbaycanın hər yerində Türkiyə şəhidlərinin xatirəsinə böyük ehtiram duyulduğunun şahidiyik. Şəhidlərimiz 105 il bundan əvvəl "bir millət, iki dövlət" ifadəsinin sarsılmazlığını sübuta yetirdilər. Biz bu qardaşlığı, sarsılmazlığı inamla davam etdirəcəyik”, - deyə səfir bildirib.

2023-08-30