Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun guya PUA tətbiq etməsi ilə bağlı Ermənistanın yaydığı məlumat dezinformasiyadır

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun guya PUA tətbiq etməsi ilə bağlı Ermənistanın yaydığı məlumat dezinformasiyadır

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod istiqamətində PUA tətbiq edilməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır. Ermənistan tərəfinin yaydığı bu məlumatı qəti şəkildə təkzib edirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

2023-09-01