MN: Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır

MN: Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd edilib.

2023-09-21