DSX: Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb

DSX: Ruben Vardanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb

Azərbaycan Respublikasının ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ respublikasının dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, R.Vardanyan Xidmətin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

2023-09-27