Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Oktyabrın 2-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak məqsədilə ölkəmizdə səfərdə olan Asiya-Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) baş katibi xanım Yu Qi ilə ikitərəfli görüş keçirib.

AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və APSCO arasında elm, tədqiqatlar və təlimlər istiqamətində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

2023-10-02