Azərbaycan XİN Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib

Azərbaycan XİN Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, başsağlığında deyilir: "Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndirdi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".

2023-10-08