Moskva sülh sazişinin hazırlanması üzrə Bakı və İrəvan ilə dialoqu davam etdirir
Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması üçün Rusiyanın Moskvadan platforma qismində istifadə olunması təklifinə dair hələ ki, hansısa əhəmiyyətli irəliləyiş yoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O əlavə edib ki, Moskva Bakı və İrəvan ilə təmasları davam etdirir.
“Hələ ki, yox. Dəqiq anlaşma yoxdur. Biz təmaslarımızı davam etdiririk”, - deyə D.Peskov Rusiya tərəfinin təklifi üzrə irəliləyiş barədə sualı cavablandırarkən qeyd edib.
2023-10-25