Milli Məclisin sədri: Azərbaycanla Türkiyənin birgə səyləri ilə Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişir

Milli Məclisin sədri: Azərbaycanla Türkiyənin birgə səyləri ilə Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişir

Bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə səsləndirib.

Xalqlarımızın və dövlətlərimizin qardaşlığının və dostluğunun ən böyük sərvətimiz olduğunu vurğulayan Sahibə Qafarova deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Onun sözlərinə görə, ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələri Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynayır. Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi Türk dünyasının daha sıx birləşməsinə kömək göstərir.

2023-10-29