Nasir Kənani: İran və Azərbaycan qarşılıqlı faydalı əlaqələri davam etdirmək üçün siyasi iradəyə malikdir
İran ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki dövlət dialoqu davam etdirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani bu gün Tehranda keçirdiyi həftəlik mətbuat konfransında deyib.
O bildirib ki, hazırda İran ilə Azərbaycan arasında iqtisadi, siyasi və hərbi əməkdaşlıq münasibətləri mövcuddur və bu əlaqələr inkişaf etməkdədir.
Onun sözlərinə görə, hər iki dövlətin ümumi maraqları var və maraqlar naminə əlaqələrin inkişafı tərəflər üçün faydalıdır.
İran XİN nümayəndəsi diqqətə çatdırıb ki, hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini davam etdirmək üçün siyasi iradəyə malikdir.