Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Moskvada görüşəcəklər

Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Moskvada görüşəcəklər

Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Moskvada görüşəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri dekabrın 5-də Moskvada görüşəcəklər.

M.Zaxarova vurğulayıb ki, nazirlər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər. Bundan əlavə, Rusiya XİN-in başçısı Sergey Lavrovun tədbir çərçivəsində ikitərəfli görüşləri də nəzərdə tutulub.

2023-11-29