Şəhidlərin xatirəsinə ehtiram
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Bakının mənzərəsini seyr etdilər.
Sonra xatirə şəkli çəkdirildi.
2024-02-14