Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Moldova Mərkəzi Seçki Komissiyasının sədr müavini və parlamentinin deputatları fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ölkəmizə səfər edəcəklər.

Bu barədə AZƏRTAC-a Moldova MSK-nın mətbuat xidmətindən məlumat verilib.

MSK-nın sədr müavini Vladimir Şarban, deputatlar Vladimir Vituk və Fyodor Qaqauz fevralın 7-10-da Azərbaycanda səfərdə olacaq, seçkiöncəsi vəziyyəti və səsvermə prosesini müşahidə edəcəklər.

Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyasında da görüş keçirəcək ukraynalı qonaqlar seçkinin yekunlarına dair rəylərini açıqlayacaqlar.

2020-01-23