Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb

Avropa Liqası: “Qarabağ” tarixində ilk dəfə 1/8 finala vəsiqə qazanıb

“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubu 57-ci dəqiqədə meydanda azlıqda qalıb. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. Hesab isə 70-ci dəqiqədə açılıb. Rocer Fernandes braqalıları önə keçirib. 83-cü dəqiqədə Alvaro Calo ikinci topu Azərbaycan çempionunun qapısından keçirib. Əsas vaxtda başqa qol olmayıb və ümumi hesab bərabərləşib - 4:4. Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 103-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Mateus Silva fərqi minimuma endirib - 1:2. Qonaqlar 115-ci dəqiqədə Simon Banzanın penaltidən vurduğu qolla komandasının üstünlüyünü yenidən artırıb. Matçda son nöqtəni isə 120+2-ci dəqiqədə Nəriman Axundzadə qoyub.

Səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

00:00

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında 3-cü qol vurulub.

AZƏRTAC xəbər verir ki, 103-cü dəqiqədə Ağdam təmsilçisinin müdafiəçisi Mateus Silva hesab arasındakı fərqi minimuma endirib - 1:2.

23:42

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab matçında əlavə vaxt oynanılacaq.

AZƏRTAC xəbər verir ki, buna matçın əsas vaxtının qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatması səbəb olub.

İlk görüşdə Ağdam təmsilçisi rəqibini 4:2 hesabı ilə məğlub edib.

Ümumi hesab bərabərləşdiyindən qalib əlavə vaxtda, ehtiyac yaranarsa, penaltilər seriyasında müəyyənləşəcək.

23:30

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 83-cü dəqiqəsində qonaqların futbolçusu Alvaro Calo növbəti topu Ağdam təmsilçisinin qapısından keçirib.

23:20

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın 70-ci dəqiqəsində Rocer Fernandes qonaqları hesabda önə keçirib.

22:54

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçın ilk yarısında qapılara qol vurulmayıb.

22:36

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında keçirilən cavab oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

21:45

Avropa Liqasının pley-off mərhələsində Bakıda "Qarabağ" və Portuqaliyanın "Braqa" komandaları arasında cavab oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:45-də start götürüb.

Qeyd edək ki, Portuqaliyadakı ilk matçda "Qarabağ" 4:2 hesablı qələbə qazanıb.

2024-02-23