COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamın 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:
1. “Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Xanlar Ağalarov – Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri
Gülşən Axundova – “Qadın, İnkişaf, Gələcək” ictimai birliyinin sədri”.
2. “Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru” abzası ləğv edilsin.
3. “Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Səbinə Hacıyeva – Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi”.
4. “Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Mehriban İmanova – Azərbaycan Elm Fondunun İcraçı direktoru”.
5. “Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Məryəm Məcidova – Azərbaycan Respublikasının Gənclərin Gender Bərabərliyi Mərkəzi “Gender Hub” ictimai birliyinin sədri”.
6. “Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Natəvan Məmmədova – Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi
Nigar Məmmədova – “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru
Şəbnəm Məmmədova – “SmartNation” platformasının təsisçisi”.
7. “Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“İlqar Musayev – Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi
Samirə Musayeva – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini”.
8. “Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“Rövşən Nəcəf – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Könül Nurullayeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.
9. “Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Ruslan Sadıqov – Bakı “Ağ Şəhər” layihəsinin baş direktoru”.
10. “Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:
“İnarə Vəliyeva – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri
Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” ictimai birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi
Fatma Yıldırım – Azərbaycan Respublikası Milli Məclisinin deputatı”.