Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

Azərbaycan İƏT-in İstanbulda keçirilən nazirlər konfransının sessiyasında təmsil olunub

Fevralın 24-də İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İnformasiya Nazirləri Konfransının növbədənkənar sessiyası keçirilib.

Bu barədə AZƏRTAC-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov iştirak edib.

Tədbirdə münaqişə zonalarında jurnalistlərin fəaliyyəti, dezinformasiyaya qarşı kollektiv reaksiyanın əhəmiyyəti istiqamətində müzakirələr aparılıb.

2024-02-24