Bakıda islamofobiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirir

Bakıda islamofobiyaya qarşı mübarizəyə dair beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirir

Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans işini plenar iclaslarla davam etdirir.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Tolerantlığı,sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclas keçirilir.

İclasda sülh, insan hüquqlarına və dini müxtəlifliyə hörmət kimi ortaq məqsədlərə nail olmağa yönəlmiş əməkdaşlıq səyləri və perspektivləri ilə bağlı müzakirələr aparılır.

2024-03-08