ASK ilə Qazaxıstan Milli Sahibkarlar Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatası arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu ASK-nın prezidenti Məmməd Musayev və Qazaxıstanın "Atameken" Sahibkarlar Milli Palatasının İdarə Heyətinin sədri Murat Kərimsakov imzalayıblar.
İmzalanma Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası çərçivəsində baş tutub.
2024-03-11