Azərbaycanın U-19 millisi Antalyada Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib

Azərbaycanın U-19 millisi Antalyada Şimali Makedoniya yığmasını ikinci dəfə məğlub edib

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yanvarın 27-də sonuncu yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:1 hesabı ilə qalib gəlib. U-19-un heyətindən Mustafa Yıldırım və Samir Abdullayev fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında yanvarın 25-də keçirilmiş oyunda yığmamız 2:0 hesablı qələbə qazanıb.

2020-01-27