“Azərreyl” voleybol komandası Azərbaycan Yüksək Liqasında “Sərhədçi”yə qalib gəlib

“Azərreyl” voleybol komandası Azərbaycan Yüksək Liqasında “Sərhədçi”yə qalib gəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci dövrənin yanvarın 28-də oynanılan növbəti matçında “Azərreyl” və “Sərhədçi” klubları qarşılaşıb. Dərnəgül Voleybol Mərkəzində təşkil olunan oyunda “Azərreyl” komandası 3:0 (25:9, 25:20, 25:17) hesabı ilə qalib gəlib. Bu, “Azərreyl”in cari mövsümdə ikinci qələbəsi olub.

Qeyd edək ki, hesabında 6 xal olan “Neftçi” və “Azərreyl” klubları turnir cədvəlində birinci-ikinci pilləni bölüşürlər. Çempionatda üçüncü yerdə “Murov” qərarlaşıb.

2020-01-29