Dörd ilə yaxın müddət ərzində 126 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Dörd ilə yaxın müddət ərzində 126 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan 2024-cü il iyulun 31-nə qədər 126 min 663 mina və partlamamış hərbi sursat aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bunu "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, onlardan 32 min 940-ı piyada əleyhinə, 19 min 956-sı tank əleyhinə minalar, 73 min 767-si partlamamış hərbi sursatdır.

2024-08-20