Azərbaycan Düsseldorfda keçiriləcək “Böyük dəbilqə” turnirində 18 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan Düsseldorfda keçiriləcək “Böyük dəbilqə” turnirində 18 cüdoçu ilə təmsil olunacaq

Almaniyada cüdo üzrə ilin ikinci “Böyük dəbilqə” turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, fevralın 21-dən 23-dək Düsseldorfda keçiriləcək bu nüfuzlu yarışda Azərbaycan böyük heyətlə - 18 cüdoçu ilə təmsil olunacaq. Kişi cüdoçularımızdan Kəramət Hüseynov, Oruc Vəlizadə (60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) güclərini sınayacaqlar.

Yarışda 120 ölkədən 700-dən çox cüdoçu mübarizə aparacaq.

Xatırladaq ki, fevralın 8-9-da Parisdə keçirilmiş “Böyük dəbilqə” turnirini cüdoçularımız medalsız başa vurublar.

2020-02-20