Bakı Gimnastika Məktəbinin yetirməsi Macarıstanda gümüş medal qazanıb

Bakı Gimnastika Məktəbinin yetirməsi Macarıstanda gümüş medal qazanıb

Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə “Gracia Cup” beynəlxalq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirdə Bakı Gimnastika Məktəbinin gənc gimnastları çıxış ediblər. 2006-cı il təvəllüdlü gimnastımız Ayla Həsənli çoxnövçülük yarışlarında uğurla çıxış edərək gümüş medal qazanıb.

Məktəbin digər yetirmələri Şəfəq Əlizadə yarışı dördüncü, Ləman Mircavadova isə beşinci pillədə başa vurublar.

2020-02-26