Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar

Karateçilərimiz Avstriyada Premyer Liqa turnirini iki medalla başa vurublar

Karateçilərimiz Avstriyanın Zalsburq şəhərində keçirilən “Karate 1” Premyer Liqa turnirini iki medalla başa vurublar.

AZƏRTAC xəbər verir ki, Rafiz Həsənov (67 kq) yarışda uğurla çıxış edərək qızıl medal qazanıb. O, finalda İtaliya təmsilçisi Luka Mareskadan üstün olub.

Qadınların yarışında isə İrina Zaretska (68 kq) bürünc medal qazanıb.

Xatırladaq ki, Azərbaycan karateçiləri fevralın 14-16-da Dubayda keçirilmiş “Karate 1” Premyer Liqa turnirində də iki medal (Rafael Ağayev qızıl, İrina Zaretska bürünc) qazanıblar.

2020-03-01