Xalça Muzeyində növbəti mühazirə zərgərlik məmulatları mövzusuna həsr ediləcək

Xalça Muzeyində növbəti mühazirə zərgərlik məmulatları mövzusuna həsr ediləcək

Martın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Zərgərlik məmulatları” kolleksiyasına yeni daxil olan Qacarlar dövrünə xas üslubda, yüksək bədii zövqlə hazırlanan XIX əsrə aid asma bəzəklərin tarixinə dair mühazirə keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşan mühazirə muzeyin elmi-tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova tərəfindən Azərbaycan dilində təqdim olunacaq.

Mühazirəyə hər kəs qatıla bilər.

2020-03-02