Pakistanda keçiriləcək hərbi paradda iştirak edəcək şəxsi heyət yola düşüb

Pakistanın paytaxtı İslamabad şəhərində ilk dəfə keçiriləcək "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi paradda iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Bakıdan yola düşüb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən
məlumat verilib.
Bildirilib ki, hərbi paradda ölkəmizi Azərbaycan Ordusunu bir qrup komando heyəti və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri təmsil edəcək.
2025-08-07