Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub

Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Ədliyyə naziri Fikrət Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

2018-12-21