Prezidentin köməkçisi Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Prezidentin köməkçisi Hikmət Hacıyev Böyük Britaniyanın dövlət naziri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Hikmət Hacıyev bu barədə özünün “X” sosial media hesabında paylaşım edib.

Prezidentin köməkçisi strateji tərəfdaşlıq ruhunda keçən görüşdə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə nəqliyyat əlaqələri, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma, təhsil, həmçinin müdafiə və hərbi əməkdaşlıq kimi yeni istiqamətlər üzrə müzakirələrin aparıldığını qeyd edib.

2025-11-05