Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək

Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirəcək

Milli Məclis “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyib.

AZƏRTAC xəbər verir ki, bu məsələ parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Sənəd 2025-ci il iyulun 22-də İstanbul şəhərində imzalanıb.

2025-12-16