Cəlilabadın Şatırlı kəndində eramızdan əvvəl birinci minilliyə aid daş kitabə aşkar edilib

Cəlilabadın Şatırlı kəndində eramızdan əvvəl birinci minilliyə aid daş kitabə aşkar edilib

Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində eramızdan əvvəl birinci minilliyə aid daş kitabə aşkarlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, daş kitabəni cəlilabadlı tarixçi, tədqiqatçı Elşad Əmənov üzə çıxarıb.

E.Əmənovun sözlərinə görə, eramızdan əvvəl birinci minilliyə aid kitabədəki yazılar ən qədim yazı sistemi olan Runik sistemində yazılıb.

Tapıntı Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

2019-01-06