Brüsseldə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Brüsseldə ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Mayın 10-da Brüssel şəhərində yerləşən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyada COVID-19 pandemiyasının kəskin yayıldığı bir dövrdə keçirilən anım tədbirində, əvvəlcə səfirlik və Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi adından ulu öndər Heydər Əliyevin büstü qarşısına çiçəklər qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı səfirliyin gənc və yeni kollektivinə ulu öndər Heydər Əliyevin şərəfli ömür yolu və zəngin fəaliyyəti haqqında məlumat verən səfir Fuad İsgəndərov, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin məhz bu tarixi şəxsiyyətin ölkəyə rəhbərliyi dövründə qurulduğuna diqqət çəkib, Prezident İlham Əliyev tərəfindən bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində ölkəmizin nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi qəbul edildiyini bildirib.

2020-05-11