Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli yol Ukrayna portalında da işıqlandırılıb

Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli yol Ukrayna portalında da işıqlandırılıb

Azərbaycanın Xarkovdakı Fəxri konsulu Əfqan Salmanovun Ukraynanın azconsulate.com.ua portalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı məqaləsi yerləşdirilib. (http://azconsulate.com.ua/)

AZƏRTAC xəbər verir ki, məqalədə Ulu Öndərin keçdiyi şərəfli yol haqqında geniş məlumat verilir.

Fəxri konsul qeyd edib ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycan SSR-nin rəhbəri olduğu müddət Azərbaycan tarixində misilsiz və əvəzsiz bir dövr hesab edilir. Məhz bu dövrdə Ulu Öndər ölkəsinin gələcək elmi və iqtisadi potensialının əsasını qoyub. Həmin illərdə Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüsü sayəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz, Azərbaycanda qurulub və bununla da gələcək müstəqilliyin iqtisadi əsasını təşkil edib. Ulu Öndər Moskvada işlədiyi dövrdə onun gördüyü işləri sadalamaq çox çətindir. İstər Azərbaycan, istərsə də digər respublikalar üçün iri iqtisadi layihələr gerçəkləşdirilib.

Ə.Salmanov, yazıda Ümummilli Liderin 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələndən sonra dövlətimizin siyasi, iqtisadi və sosial inkişafı üçün misilsiz xidmətləri barədə ətraflı məlumat verib.

2020-05-11