Bu gün Maqsud İbrahimbəyovun doğum günüdür

Bu gün Maqsud İbrahimbəyovun doğum günüdür

Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov 20-ci əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib. Deyilənə görə, yazıçı üçün əsas tanınma onun yaratdığı personajların onun özünü yaşatmasıdır. Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun anadan olmasından 85 il ötür.

Maqsud İbrahimbəyov özü də aramızda yaşamağa davam edir və onun yaratdığı dünyalar – əbədi yayın hökm sürdüyü Abşeron bağlarının füsunkar səltənəti, Bakının köhnə sarayları-həyatın həmişə qaynadığı "İtalyan" küçələri, torşerlərin yumşaq işığı ilə işıqlandırılan şəhər mənzilləri və onların sakinlərinin məhəbbət və işıqla qarşılıqlı anlaşmaya can atan ümidləri yaşayır…

Maqsud İbrahimbəyovun yubileyi şərəfinə adını daşıyan mərkəz bir çox müxtəlif tədbirlər, yeni kitabların nəşri və "Püstə ağacı" hekayəsi əsasında tamaşa planlaşdırır. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında isə yazıçının son əsəri – "Qara paltarlı qadın gəlirdi" tamaşaya qoyacaq.

2020-05-11