ÜST: COVID-19 koronavirusuna qarşı vaksin üçün 7-8 ən yaxşı namizəd var

ÜST: COVID-19 koronavirusuna qarşı vaksin üçün 7-8 ən yaxşı namizəd var

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Gebreyesus bildirib ki, yeni koronavirusa qarşı vaksin üçün təqribən 7-8 ən yaxşı namizəd var. AZƏRTAC "MedikForum"a istinadla bildirir ki, onlar üzərində iş sürətlənir.

ÜST-nin başçısı deyib ki, 40 ölkənin liderlərinin, təşkilat və bankların tədqiqat, müalicə və test üçün vəd etdikləri 7,4 milyard avronun (8 milyard dolların) dəstəyi ilə çevik səylər göstərilir.

O vurğulayıb ki, 8 milyard dollar yetərli deyil. Vaksinin yaradılmasının sürətləndirilməsi, daha əhəmiyyətlisi isə onun hamıya çatması, heç kimin kənarda qalmaması üçün yetərincə istehsal edilməsi üçün əlavə vəsait lazımdır.

"İndi yaxşı namizədlərimiz var. Ən yaxşıları yeddi, ya da səkkizdir. Namizədlərin ümumi sayı yüzdən çoxdur. Amma biz onların yalnız bir neçəsinə bel bağlayırıq. Çox güman, ən yaxşı nəticələri əldə etməyi və yüksək potensiallı namizədləri hərəkətə gətirməyi də, onlar bacaracaqlar", - deyə o bildirib.

Tedros Gebreyesus deyib ki, 400-dən çox alimdən ibarət konsorsium mövcuddur. Konsorsium vaksinlərin işlənib hazırlanması və diaqnostikası ilə məşğul olur.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, COVID-19 "yoluxucu və ölümcüldür": hazırda ÜST-yə 4 milyon yoluxma və 275000 ölüm halı barədə məlumat verilib.

Onun sözlərinə görə, Qərbi Avropada yeni halların azalmağa başladığı bir vaxtda, Şərqi Avropa, Afrika, Cənubi-Şərqi Asiya, Şərqi Aralıq dənizi və digər regionlarda onların sayı artır.

2020-05-12