Bakının 300-ə yaxın əsas küçə və prospektində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakının 300-ə yaxın əsas küçə və prospektində gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Mayın 16-da səhər saatlarından etibarən Bakının mərkəzindəki və qəsəbələrindəki 300-ə yaxın əsas küçə, prospekt və yolda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar maddələrin qəbul edilmiş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə həmin tarixdə küçəyə çıxmamaq xahiş olunur.

2020-05-15