Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
ABŞ-nin paytaxtı Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Trans-Xəzər Forumu keçirilir.
AZƏRTAC-ın məlumatına görə, forumda Azərbaycan, ABŞ, Qazaxıstan və digər ölkələrin yüksəkvəzifəli rəsmiləri, regional və qlobal liderlər iştirak edirlər.
Xəzər Siyasət Mərkəzinin 10 illiyinə təsadüf edən forum "Orta Dəhliz dönüş nöqtəsində: Trans-Xəzər regionu üçün növbəti nəslin böyüməsi" mövzusuna həsr olunub.
Tədbirdə “Strateji əlaqə və Orta Dəhliz”, “Enerji və kritik minerallar”, “Rəqəmsal transformasiya və sənayeli süni intellekt” mövzularında panellər təşkil olunacaq.
2026-06-10

