Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 23-də Füzuli rayonuna gəlib.
AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Sərdar Berdiməhəmmədovu Prezident İlham Əliyev qarşıladı.
2026-06-23

