Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim dünyamızdır” layihəsi həyata keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim dünyamızdır” layihəsi həyata keçirilib

Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı və Sabunçu rayonu məktəblilərinin iştirakı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar bizim dünyamızdır” layihəsi həyata keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib.

Sonra Sabunçu rayonu üzrə 26 məktəbin şagirdləri və Bakı Gənclər Mərkəzi üzvləri - ümumilikdə 39 uşaq 36 müxtəlif ölkənin milli mədəniyyətini nümayiş etdirib, həmin dildə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün dünya uşaqlarını təbrik ediblər.

Onlayn tədbirin sonunda uşaqlar tərəfindən “We are the world” mahnısı ifa edilib.

2020-05-31