Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Hökumət administrasiyasından bildirilib.

Qeyd olunub ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsi vurğulanıb.

Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər. Bu kontekstdə hökumət başçısının Azərbaycana rəsmi səfəri zamanı imzalanan müqavilələrin strateji əhəmiyyəti vurğulanıb.

2026-08-14