Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib
ABŞ Dövlət Departamenti “Azadlığa Dəstək Aktı”nda Azərbaycanla bağlı 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib.
AZƏRTAC xəbər verir ki, 10 avqust tarixli bildiriş ABŞ Konqresinin rəsmi protokolunda yer alıb.
Sənəd ABŞ Dövlət Departamenti tərəfindən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə təqdim edilib.
2026-08-16

