Prezident: Azərbaycan-İndoneziya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var
Hazırda Azərbaycan ilə İndoneziya arasında qarşılıqlı maraq doğuran bir sıra sahələr, xüsusilə də iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziya Prezidenti Prabovo Subiantoya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin Azərbaycan-İndoneziya dostluğunun və əməkdaşlığının xalqlarımızın rifahı naminə möhkəmlənməsinə nail olunacağına əminlik ifadə edilib.
2026-08-17

