Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində

Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində

Qarabağda səfərdə olan diplomatik korpusun nümayəndələri Qarabağ Universitetinə də baş çəkiblər.

AZƏRTAC xəbər verir ki, diplomatlar universitetdə yaradılmış şəraitlə tanış olublar.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov diplomatik korpusun nümayəndələrinə universitetdə görülən işlər, tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.

2026-09-11