Bu il Azərbaycandan Ermənistana ixrac olunan malın dəyəri 23 milyon dolları ötüb

Bu il Azərbaycandan Ermənistana ixrac olunan malın dəyəri 23 milyon dolları ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450,07 min dollar dəyərində mal ixrac olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.

Hesabata əsasən, bu göstərici Azərbaycanın ümumi ixracının 0,1 faizini təşkil edib.

Doqquz ayda isə Azərbaycan Ermənistandan 96,5 min dollar dəyərində mal idxal edib.

2026-10-19