Bakı metrosuna yeni qatarlar gətirilib
![Bakı metrosuna yeni qatarlar gətirilib](/uploads/news/5eddf226acbd7.jpg)
“Bakı Metropoliteni” QSC-nin bu il üçün sifariş etdiyi 4 yeni qatar Bakıya gətirilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ötən il “Metrovaqonmaş” SC ilə imzalanan müqavilədə 3 il müddətində hər il 20 vaqon olmaqla ümumilikdə 60 yeni nəsil vaqonların Bakıya gətirilməsi nəzərdə tutulub. Hər biri 5 vaqondan ibarət olan 4 qatar artıq Bakıdadır. Qatarlar sazlama, tənzimləmə və sınaq işləri həyata keçirildikdən sonra xəttə buraxılacaq.
2020-06-08